Məktəblərdə cəza: Müəllim döysün, yoxsa söysün?

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə cəza: Müəllim döysün, yoxsa söysün?

Sosial

20 Oktyabr 2022 11:10 1289


Elm və Təhsil Nazirliyi məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlər üçün cəza tədbirləri müəyyənləşib. Cəza tədbirləri sırasında müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideynlə əlaqə saxlama, dərsdən sonra şagirdin məktəbdə saxlanılması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq, qırmızı xəbərdarlıq var. 

Bu tədbirlər hələ ki nazirliyin açıqladığı layihədə əks olunub, lakin sosial şəbəkə istifadəçiləri cəza siyahısını maraqla qarşılayaraq indidən müzakirələrə başlayıblar. Bəzi istifadəçilər bu tədbirlərə haqq qazandırarkən, digər bir qisim razı olmadığını deyib.

Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəblərdə müəyyən məhdudiyyətlərin və qadağaların tətbiqi düzgündür:  Dördpendirli pizza

“Çünki bu təhsil müəssisəsidir və  kimlərsə mühiti pozmağa çalışarsa, onlar haqqında inzibati qaydada tədbirlər görülməlidir. Amma bunun da həlli üçün ilkin olaraq ciddi nəzarət mexanizminin tətbiqi vacibdir. 

Əgər hansısa şagirdə müvafiq xəbərdarlıq ediriksə və bundan sonrakı mərhələdə həmin şagird haqqında uzaqlaşdırma qərarı verilirsə, artıq nəzarət mexanizmi daha ciddi şəkil almalı və başqa adekvat qərarlar qəbul etməməlidir. 

Bu hallarda valideynlər və xüsusi olaraq da şagirdin qohum-əqrəbası, tanışları və s. artıq çalışırlar ki, hər hansısa bir üsulla, yəni korrupsiya və yaxud “tapşırıq” vasitəsilə uzaqlaşdırma faktorunun üzərindən xətt çəksinlər, qərarın ləğvinə nail olsunlar”.

Ekspert, həmçinin qeyd edib ki, məktəblərdə baş verən neqativ halları müəllimlər vaxtında və düzgün çatdırmalıdır: “Təhsil müəssisələrində 1 milyon 600 mindən çox şagird təhsil alır. Şagirdlərin hər birinin müxtəlif psixologiyası var, onlar müxtəlif ailələrdən gəlirlər. Uşaqların ilkin təlim-tərbiyə prosesi də həmin ailələrdə aparılır. Buna paralel olaraq uşaqlar təhsil alır, günün çox hissəsini məktəbdə keçirilər. Təlim-tərbiyə işi üzrə direktor müavini, sinif rəhbəri, ümumiyyətlə, hər bir müəllim şagird üçün məsuliyyət daşıyır. 

Əgər məktəbdə insident baş verirsə və neqativ xarakterə sahibdirsə, düzgün tədbirlər görülməlidir. Bəzi məsələlərə göz yumduqda məsələ geniş miqyas alır”.

E. Əfəndi şagirdlərin məktəbdə saxlanılması tədbirindən də söz açıb: “Şagirdlərin məktəbdə saxlanılması tədbirinin müddəti verilən qərardan asılıdır. 10 dəqiqə də ola bilər, 20 dəqiqə, 1 saat da ola bilər. Bu saxlanılma şagirdin törətdiyi neqativ halı təkrar etməməsi üçün inzibati tənbeh üsuludur“.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!