Məktəblərdə Xameneyi təbliğatı: “Ciddi problem yaradacaq”

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərdə Xameneyi təbliğatı: “Ciddi problem yaradacaq”

Sosial

30 İyun 2022 13:50 3174


Xəbər verdiyimiz kimi təhsil eksperti Kamran Əsədov Yevlax şəhər 1 nömrəli tam orta məktəbində şaghirdlərə dini mahnı oxudan müəllimə haqda paylaşım edib.

Daha sonra ekspert sözügedən müəllimin sosial şəbəkə hesabını paylaşıb. Görüntülərdən müəllimin Seyid Əli Xameneyi aşiqi olduğu aşkar görünür. 

Hətta Azərbaycan vətəndaşı olan qadın müəllimə daha da irəli gedərək paylaşım edib: “Kimin üçün namus vacibdirsə, onlar üçün İran da vacib olmalıdır”. Toyuqlu pizza

Mövzu ilə bağlı Yenisabah.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, məktəblər dini təbliğat yeri olmamalıdır:

“Ümumiyyətlə, məktəblər heç bir halda dini təbliğat yeri ola bilməz. Buna şərait yaradılarsa, biz bunun açıq fəsadlarını görərik. Necə ki, bu gün görürük. Məktəblərdə yalnız dini maarifləndirmə aparıla bilər. Bunu da Təhsil nazirliyi və Dini Qurumlarla İş üzrə dövlət komitəsi həyata keçirə bilər. Bu baxımdan məktəblərdə belə məsələlərə ciddi nəzarət olmalı, müəllimlərin fəaliyyəti nəzarətdən keçirilməlidir. Onların işinə çox ciddi nəzarət olmalıdır ki, belə hallar baş verməsin. Bu gün ölkəmizdə dini etiqad azadlığı var, amma bu o demək deyil ki, kimsə gedib məktəbdə dini təbliğatı aparsın. Belə məsələlərə qarşı prinsipial mövqe olmalıdır”.

Millət vəkili qeyd edib ki, bu cür halların baş verməməsi üçün məktəb direktorları da müəllimlərə ciddi nəzarət etməlidir:

“Bu gün Təhsil Nazirliyi müəllimi cəzalandırıb, amma hesab edirəm ki, məktəb direktorları da bu prosesə ciddi nəzarət etməlidirlər. Heç bir halda məktəblərdə dinin təbliğ edilməsinə, hansısa dini ideologiyaların yayılmasına imkan verilməməlidir. Əgər verilsə, bu bizim üçün ciddi problem yaradacaq”.  

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!