Məktəbli formaları dəyişdiriləcəkmi? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli formaları dəyişdiriləcəkmi? - AÇIQLAMA

Sosial

31 Yanvar 2021 09:21 1143


Məktəbli formaları ilə bağlı qaydalar hazırlanıb və artıq ictimai müzakirəyə çıxarılıb. Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir yeni qaydaların yaxın zamanda qəbul ediləcəyinə ümid etdiyini bildirdi:

“Məktəbli forması şagird üçün önəmlidir. Formanın görünüşü şagirdlərin sosial status cəhətindən bir-birindən fərqlənməsini göstərməməlidir. Eyni zamanda bu forma şagirdlərin ümumi zövqünün formalaşması baxımından da uğurlu seçilməlidir. Toyuqlu pizza

İnanıram ki, bizim təsdiq edəcəyimiz məktəbli forma nümunələri həmdə əlçatanlığı baxımdan əlverişli olacaq. Valideyn icmasının və məktəb rəhbərliyinin də bu istiqamətdə qərar verən tərəf olduğunu düşünürəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!