"Evdəkilər Balaşın məzarının üstünə getməyə qoymurlar. Həmişə yanımda kimsə olur. Deyirəm, qoyun tək qalım. Hər zaman kimsə yanımda olur".
Yenisabah.az axşam-a istinadla xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "O üz" proqramında deyib.
Sənətçi bir müddət əvvəl dünyasını dəyişən stilist qardaşı Balaşdan danışıb: Dominos pizza
"Bir dəfə sürücümlə getdim, dedim, məni tək qoy. Elə bil hər yerdən mənə baxırdı. Dualar oxudum. Hiss etdim onu, orada idi.
Bəlkə, o dünya bu dünyadan da gözəldir. Allah aparıb onu öz yanına. Hərdən deyirlər, filankəs xəstələnib. Allah ən xeyirli ölüm nəsib etsin. İnsan bir-birinə dua edəndə ona ən xeyirli ölüm arzu etməlidir.
Mən də ölmək istəyirəm, amma onu ancaq Allah bilir. Atam-anam deyirdi, ilinə qədər ölmək istəyirik. Deyirəm, kimsə bunu istəyir, amma ölürük ki, yox".
Telegram kanalımız