“Mənə elə qarğış yazırlar ki...“   - İzzət gileyləndi

saytların hazırlanması

Evə çatdırılma

“Mənə elə qarğış yazırlar ki...“ - İzzət gileyləndi

Şou

02 Fevral 2021 17:48 896


"Bəzi “İnstagram” izləyiciləri elə şeylər yazırdılar ki... Əvvəl tənqid yazırdılar. İndi tənqid təhqirə keçib. Təhqir isə qarğışa”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov ARB telekanalında yayımlanan “Hüseynova bacıları” verilişində qonaq olarkən deyib.

İfaçı tez-tez sosial şəbəkə izləyicilərinin ona qarğış tökməsindən gileylənib: pizza

“Əlavə gəlir yerim yoxdur. Toylardan nə qazanıramsa, onunla dolanırdım. Əvvəl “İnstagram”da tənqid yazırdılar. İndi tənqid təhqirə keçib. Təhqir isə qarğışa. Elə qarğışlar yazırlar ki... Heç bir cavab vermirəm, atıram "qara siyahı"ya. Mənim səhifəm sənə xoş deyilsə, baxma. Sonra da sənət adamı çıxıb ona cavab verəndə, olur mədəniyyətsiz. Amma görün nə yazıblarsa, adam özündən çıxıb. Olmaz axı belə”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!