“Məni din düşməni etdiniz” - Damla

saytların hazırlanması

Evə çatdırılma

“Məni din düşməni etdiniz” - Damla

Şou

23 İyul 2022 10:37 11447


"Yeni kliplə bağlı yalnız xaçı və kilsəni xüsusi vurğuladınız. Belə çıxır ki, hansısa aktyor filmdə qatil obrazını canlandırırsa, düşünəcəksiniz ki, həyatda da elədir?”

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Damla sosial şəbəkə hesabında deyib.

Yeni təqdim etdiyi “İlan” klipindəki rahibə obrazına görə tənqidlərə tuş gələn ifaçı dinini dəyişmədiyini, bunun sadəcə bir obraz olduğunu bildirib: pizza mizza

“Bu sadəcə bir obrazdır. Məntiqinizi işə salsanız, hər obrazda bir açar var, onu anlayarsınız. Təbii ki, məntiqlə düşünmək daha çətindir, qınamaq tənqid, ya da təhqir etmək asandır. Əslində hər obrazın öz mənası var. 

Siz isə boynumdakı xaça görə, məni erməni kimi qələmə verdiniz, bununla əlaqələndirdiniz. Məni din düşməni etdiniz. Müsəlmanam və xristianlığı qəbul etməmişəm. 

Hələ də yazırlar ki, sən niyə rahibə olmusan. Bilmədim həmin şərhlərə gülüm, ya ağlayım. Ya da videonun şərh bölməsini bağlayım. Açıqlama da vermək istəmirdim, çünki anlayanlar da var. 

Standartdan kənar iş görəndə beyinlər "error" verir. Mən günlük, sıradan, bəsit, monoton işlərlə dinləyicilərimin qarşısına çıxmaq istəmirəm. Onsuz da həmin işlər və onların öz dinləyiciləri var. Biz daha maraqlı, tərkarlanmamış layihələrə üz tutsaq, Azərbaycan tamaşaçısının zövqünü oxşasaq, nə olar ki?”

Sözügedən klipi təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!