Menyularda gizli detallar - İstehlakçılar niyə aldanır?

saytların hazırlanması

Evə çatdırılma

Menyularda gizli detallar - İstehlakçılar niyə aldanır?

Sosial

14 İyun 2026 20:38 92


Azərbaycanda restoran və kafe sektorunda istehlakçılarla bağlı narazılıqlar son illər artmaqda davam edir. Bəzi məkanlarda qiymət və xidmət şəffaflığı ilə bağlı ciddi suallar ortaya çıxır. Vətəndaşlar göstərilən xidmətlə ödənilən məbləğ arasında uyğunsuzluqlardan tez-tez şikayətlənirlər. Xüsusilə menyu təqdimatı və məhsul tərkibi ilə bağlı məlumatların kifayət qədər aydın olmaması diqqət çəkir.

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə hüquqi boşluqların mövcud olduğunu bildirib:

“Azərbaycanda bütün biznes qurumları üçün müəyyən mənada toxunulmazlıq şəraiti formalaşıb. Bu da istehlakçı hüquqları məsələsinin arxa plana keçməsinə səbəb olur. Nəticədə biznes subyektləri istehlakçılarla istədikləri kimi davranırlar. Təəssüf ki, bunun nəticəsində daha da qeyri-adi hallar ortaya çıxacaq. Toyuqlu pizza

Qanunvericilik bu sahəni yetərincə tənzimləmir. Məsələn, biznes qurumları məhsulun tərkibini və təqdimat formasını istədikləri kimi müəyyən edə bilirlər; yemək və ya içkiyə aid məlumatları ayrıca da göstərə bilirlər, ümumiyyətlə qeyd etməyə də bilərlər. Yəni bu sahədə sistemli və pozitiv hüquqi tənzimləmə kifayət qədər deyil”.

E. Hüseynov bildirib ki, məhsulun çəkisi və keyfiyyəti ilə bağlı istehlakçı hüquqlarının pozulması halları müşahidə olunsa da, bu sahədə nəzarət mexanizmi zəif qalır:

“Əslində, məhsulun çəkisi və keyfiyyəti ilə bağlı istehlakçı hüquqları pozulsa da, buna lazımi nəzarət yetərli səviyyədə deyil. Çox təəssüf ki, istehlakçı hüquqları getdikcə zəifləyir.

İstehlakçılar bu hallarla bağlı araşdırma və şikayətlərini Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər. Əlaqə nömrəsi: 012-599-76-00”

Əsmətxanım Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!