“Mənzilə çıxarış almaq asanlaşacaq” - Ekspert 

saytların hazırlanması

Evə çatdırılma

“Mənzilə çıxarış almaq asanlaşacaq” - Ekspert 

Sosial

01 Dekabr 2023 16:03 760


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb. 

Mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bakupost.az -a deyib ki, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradıldıqdan sonra mənzilə çıxarış almaq asan olacaq. Belə ki, vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər:

“Sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən sonra isə tələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər. Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yeni sistemin yaradılmasında əsas məqsəd, vətəndaş-məmur ünsiyyətini minimuma endirməkdir”.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!