Müğənni Mənzurə Musayeva başına bəla olan bayraq geyimi barədə danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Xəbər-Ətər" verilişində qonaq olan ifaçı bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.
İfaçı sözügedən paltarı geyindiyi üçün peşman olduğunu bildirib: Pepperoni pizza
"Bilsəydim bu qədər qınağa çevriləcəm, o paltarı geyinməzdim. Paltarı sevinə-sevinə geyinmişdim və özümlə qürur duyurdum. İnanırsınız ki, nə qədər ağlamışam... Mənə o paltarı geyindiyimə görə tərbiyəsiz dedilər”.
M.Musayeva geyiminə görə onu təhqir edənlərə də cavab verib:
“Məndə olan tərbiyə onların özündə yoxdur. Təki mənim kimi tərbiyəli olsunlar. Hər kəs sevinc hissini bir cür büruzə verir. Torpaqlarımız alındı deyə belə paltarı geyindim, çox xoşbəxt idim".
Telegram kanalımız