Mənzurə keçmiş ərini biabır etdi:   “Deyirdi, get pul qazan...“

saytların hazırlanması

Evə çatdırılma

Mənzurə keçmiş ərini biabır etdi: “Deyirdi, get pul qazan...“

Şou

05 Fevral 2021 17:27 1688


Müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşı barədə danışıb.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Birə-bir” proqramının qonağı olan ifaçı ərinin onun pullarını əlindən aldığını deyib:

"Ərim efirlərə qoymurdu, amma deyirdi get ancaq toylara pul qazan. Hacı Qara idi, pulları yığırdı başının altına. Yediyim şokolada görə dava edirdi. Sumqayıtda mağaza açmışdım, onu qoymuşdum işlətsin. Şokoladı sayıb qoyurdu, birini yemək olmazdı. Ağılsız olmuşam, bir torba pul gətirirdim verirdim ona ki, saysın. O da yarısın götürüb, ortalığa az çıxarırdı. Deyirdim, bir söz deyərəm, pis olar. Utanırdım ki, yoldaşım deyər, pul qazanır başıma vurur. Qoy evin pulu kişidə olsun”. Toyuqlu pizza

Müğənni keçmiş ərinin mağazalarını əlindən aldığını bildirib:

“Mağazalar açırdım, elə bilirdim onun adınadır. Sən demə, heç nəyi öz adına etmirmiş. Məhkəmə araşdırdı ki, maşınlar, evlər, mağazalar başqa adamın adınadır. Övladımız olmadığı üçün ondan heç nə ala bilmədim”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!