Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, dalğıcları çağırış üzrə cəlb olunub.
Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir. pizza
***
Dalğıc-xilasedicilərın axtarışları nəticəsində 1991-ci il təvəllüdlü Namiq Əzimovun və 2005-ci il təvəllüdlü Elnur Əbdülovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Pərviz Məcidov və 2007-ci il təvəllüdlü Elmar Əbdülov axtarışları davam etdirilir.
Telegram kanalımız