Mərdəkanda 22 yaşlı oğlan dənizdə batdı

saytların hazırlanması

Evə çatdırılma

Mərdəkanda 22 yaşlı oğlan dənizdə batdı

Hadisə

15 İyul 2026 20:10 58


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Yeni Sabah"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. pizza

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!