Məsciddə terror aktı: 15 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Məsciddə terror aktı: 15 nəfər öldü

Dünya

18 Sentyabr 2026 15:00 118


Pakistanda cümə namazı vaxtı dəhşətli partlayış törədilib.

"Yeni Sabah” xəbər verir ki, qanlı hadisə ölkənin Xeybər-Paxtunxva vilayətində qeydə alınıb. Partlayıcı yüklü avtomobil məscidin yaxınlığındakı obyektlərdən birinə çırpılaraq işə salınıb.

Qanlı insident nəticəsində 15 nəfər həyatını itirib, 50-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında polis əməkdaşlarının da olduğu bildirilir. pizza

Zərbənin gücündən ibadət evinin binasına ciddi ziyan dəyib. Ərazidə xilasetmə və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətini davam etdirir.

Terror hücumu ilə bağlı məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!