Məşhur aktrisa vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktrisa vəfat etdi

Şou

18 Avqust 2026 19:42 50


Şotlandiyalı aktrisa Fillida Lou 94 yaşında dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Guardian" nəşri sənətçinin meneceri Ceki Leqqoya istinadən xəbər verib.

"O, ailəsinin əhatəsində, evində dinc şəkildə vəfat etdi", - deyə Leqqo bildirib. Sezar pizza

Lou kinoda debütünü 1964-cü ildə "Məktəb oynayırıq" ("Play School") filmində edib. Onun filmoqrafiyasında 100-dən çox layihə yer alır. 1998-ci ildə aktrisa "Qış qonağı" filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktrisası" kateqoriyasında "Chlotrudis Awards" mükafatına namizəd göstərilib. 2014-cü ildə isə o, Britaniya İmperiyasının fəxri ordeninə layiq görülüb.

1957-ci ildə Lou ingilis aktyoru Erik Tompsonla ailə qurub. 1982-ci ildə həyat yoldaşı vəfat edib. Bu nikahdan onların iki qızı dünyaya gəlib: "Oskar" mükafatçısı aktrisa Emma Tompson və aktrisa Sofi Tompson. Onların hər ikisi "Harri Potter" franşizasında rol alıblar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!