Məşhur britaniyalı aktyor vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur britaniyalı aktyor vəfat etdi

Şou

23 May 2023 15:41 776


“Marvel”in filmlərində oynayan britaniyalı aktyor Rey Stivenson İtaliyada çəkilişlər zamanı dünyasını dəyişib.

Yenisabah.az “La Repubblica”ya istinadla xəbər verir ki, sənətçi özünü pis hiss edib və Tirren dənizindəki İskia adasındakı xəstəxanaya aparılıb.

Bir neçə gün klinikada onun vəziyyəti yaxşılaşmayıb və Stivenson mayın 22-də 59 yaşında vəfat edib. Aktyorun ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb. pizza

Xatırladaq ki, R. Stivenson tamaşaçılara “Roma” serialında legioner Titus Pullon və “Tor” haqqında “Marvel” filmlərində Volştaq rolları ilə tanınıb. Bundan əlavə, o, “Vikings”, “Dexter”, “Medici”, “Divergent”, “İlayanın kitabı”, “İrlandiyalı” seriallarında rol alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!