Məşhur fransalı aktrisa vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur fransalı aktrisa vəfat etdi

Dünya

24 Sentyabr 2026 21:36 130


Məşhur fransalı aktrisa, müğənni və yazıçı Marina Vladi 88 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransa mediası yazıb.

O, "Cadugər" və "Ana arı" filmlərindəki rolları ilə məşhurlaşıb. pizza sifarişi

Əsl adı Yekaterina-Marina Polyakova-Baydarova olan Marina Vladi 1938-ci il mayın 10-da Fransanın Klişi şəhərində rus mühacir ailəsində anadan olub. O, Fransa və Avropa kinosundakı rolları, eləcə də ədəbi fəaliyyəti sayəsində şöhrət qazanıb.

Marina Vladi şair, aktyor və bard Vladimir Vısotskinin həyat yoldaşı olub. Karyerası ərzində aktrisa onlarla filmdə rol alıb və Kann Film Festivalında ən yaxşı qadın roluna görə mükafata layiq görülüb. O, sözügedən mükafatı 1963-cü ildə "Evlilik həyatı" filmindəki roluna görə alıb.\Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!