Məşhur polkovnik təqaüdə göndərildi -   Yerinə “Qarabağ” ordenli hərbçi gətirildi-EKSKLÜZİV

saytların hazırlanması

Evə çatdırılma

Məşhur polkovnik təqaüdə göndərildi - Yerinə “Qarabağ” ordenli hərbçi gətirildi-EKSKLÜZİV

Siyasət

13 Fevral 2026 14:25 13696


Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi dəyişib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Əzizağa Qənizadə öz ərizəsi ilə muzeyin rəisi vəzifəsindən azad olunub. Keçmiş briqada komandiri olan Ə.Qənizadə 2014-cü il sentyabrından bu postda çalışırdı. pizza sifarişi

Müdafiə nazirinin digər əmri ilə “Qarabağ” ordeni polkovnik Elşad Pənahov Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.

Uzun illərdir orduda xidmət edən E.Pənahov bundan əvvəl Hərbi Hava Qüvvələrinin Şəxsi heyət idarəsinin rəisi işləyib. 

O, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla “Qarabağ” ordeni ilə təltif olunub.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!