Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib

Dünya

02 Sentyabr 2026 20:53 104


"Ayın 13-nə düşən cümə" (Friday the 13th, 1980-2009) qorxu filmləri franşizasının süjetinin hazırlanmasında iştirak edən amerikalı ssenarist Viktor Miller 86 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə onun oğlu İan Miller "Variety" jurnalına məlumat verib.

Onun sözlərinə görə, Viktor Miller avqustun 31-də Kaliforniya ştatının Alameda şəhərində vəfat edib. pizza hut

Ssenarist yalnız qorxu janrında çalışmayıb. Onun yaradıcılığına "Bir ömür yaşamaq" (One Life to Live, 1968-2012), "Başqa dünya" (Another World, 1964-1999) və "Bütün övladlarım" (All My Children, 1970-2011) kimi Amerika melodramları da daxildir.

"Variety"nin məlumatına görə, sonuncu serialın ssenarisi üç "Emmy" mükafatına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!