Məşhur Quba alması dəyərdən düşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur Quba alması dəyərdən düşdü - Video

Sosial

21 Noyabr 2024 16:39 823


Alması ilə məşhur olan Qubada artıq məhsul yığımı başa çatıb.

Yenisabah.az xəbər verir ki, məhsuldarlıq bu il fermerləri qane etsə de, onlar bir sıra çətinliklərlə üzləşdiklərini deyirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsuldan əldə etdikləri qazanc onun üçün çəkdikləri əziyyətə dəymir.

"Keyfiyyətli məhsul yetişdirmişəm. Qoyduğum xərci qarşılaya bilmirəm. Almanın bir kilosunun qiyməti 50-60 qəpik arasında dəyişir. Bu da məni qane etmir", - deyə fermer narazılıq edib. Sezar pizza

Hər hektara görə 3-4 min manat ziyana düşdüyünü deyən başqa bir fermer isə qeyd edib ki, məhsulu satmaq onu yetişdirməkdən çətindir.

Daha ətraflı Baku TV-nin materialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!