Məşhur repçi canlı yayımda öldürüldü

Məşhur repçi canlı yayımda öldürüldü
Sent 10, 2019 23:18
Oxunma sayı: 87

Amerikalı repçi Brian J.Quinones ABŞ-ın Minnepolis şəhərində polis tərəfindən öldürülüb.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ona qırmızı işıqdan keçdiyi üçün yol polisi tərəfindən "dur" xəbərdarlığı edilib.

Polisin "saxla" əmrinə tabe olmayan repçi bir müddət onlardan qaçıb.

Maraqlıdır ki, Brian bu zaman "Facebook" profilində canlı yayımda olub. Ancaq polislə qaçdı-tutdunun sonu heç də xoş bitməyib.

Belə ki, maşından bıçaqla enən Brian polisə hücum çəkib. "Bıçağı kənara qoy" xəbərdarlığına əhəmiyyət verməyən repçi polislər tərəfindən 5 dəfə açılan atəşlə öldürülüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Yenisabah.az