Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbil səhhəti ilə bağlı yenidən gündəmə gəlib. 69 yaşlı aparıcının qəfil xəstəxanaya yerləşdirildiyi və ürəyindən əməliyyat olunduğu bildirilib.
"Yeni Sabah" xəbər verir ki, uzun müddətdir müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparan Mehmet Ali Erbil yeni layihəsi üçün məşq etdiyi zaman qəfil özünü pis hiss edib. Erbilin infarkt keçirdiyi müəyyənləşib. Yaxınları tərəfindən təcili olaraq İstanbulun Maslak rayonundakı xəstəxanaya aparılan məşhur şoumen həkimlərin müdaxiləsi ilə əməliyyata götürülüb.
Əməliyyat zamanı tıxanmış ürək damarlarından birinə stent yerləşdirilib. Keçirdiyi əməliyyatdan sonra Mehmet Ali Erbilin səhhətinin yaxşı olduğu bildirilib. pizza mizza
Qeyd edək ki, məşhur şoumen uzun illərdir “qaçış sindromu” adlı xroniki xəstəliklə mübarizə aparır. Bu xəstəlik zamanı damarlar vasitəsilə maye və zülalların toxumalara sızması baş verir. Nəticədə təzyiqin kəskin düşməsi, ödem və ağır hallarda şok yarana bilər.
Erbil 2018-ci ildə də evində qəza keçirib. Hadisə zamanı qabırğaları sınıb, ağciyər pərdəsi zədələnib. Uzun müddət müalicə və reanimasiyada qaldıqdan sonra 2020-ci ildə sümük iliyindəki dəyişikliklə əlaqədar kök hüceyrə müalicəsi alıb.
Məşhur şoumenin “qaçış sindromu” ötən il yenidən kəskinləşib. Buna baxmayaraq, Erbil yeni layihə ilə ekranlara qayıtmağa hazırlaşırdı.
Bu, onun keçirdiyi ilk infarkt da deyil. O, 2018-ci ildə də ürək tutması yaşayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız