Son vaxtlar məhbuslar arasında koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Hazırda məhbus həyatı yaşayan sabiq icra başçılarının bir neçəsi koronavirusa yoluxub. Keçmiş deputat Rafael Cəbrayılov da virusdan əziyyət çəkirdi. Bu gün onun COVİD-19-dan öldüyü açıqlandı. Hazırda məhbus həyatı yaşayan tanınmış şəxslərin koronavirusa yoluxması bu problemə diqqəti artırıb.
Maraqlıdır, həbsxanada koronavirusla bağlı vəziyyət necədir?
Məhbusların virusa yolxumasına səbəb nədir? Bu cür halların qarşısını necə almaq olar? Dominos pizza
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Yenisabah.az-a açıqlamasında deyib ki, koronavirus vəzifəyə, məqama baxmır:
“İlk növbədə qeyd etmək istəyirəm ki, koronavirus fərd tanımır. Kimin hansı vəzifəyə, məqama, statusa, titula malik olması onun üçün əhəmiyyət daşımır. İstər kasıb olsun, istərsə də varlı. Fərq etmir. Şəxsin statusu rol oynamır. Burada şəxsin immunitet imkanlarının yuxarı və ya aşağı olması böyük rol oynayır. Eyni zamanda şəxsin qaydalara nə dərəcədə əməl edib-etməməsi, şəxsin xroniki xəstəliklərinin olub-olması mühim məsələdir. Bütün bunlar koronavirusa yoluxub-yoluxmamağın, daha yüngül və ağır keçirməsinin əsas şərtlərindəndir.
Əlbəttə, vaksinasiyanın olması COVİD-in təhlükəlilik dərəcəsini xeyli azaldır. Cəzaçəkmə müəssisələrində vaksinasiya prosesi demək olar ki, başa çatıb. Cəzaçəkmə müəssisələrinə daimi daxil olma proesi var. Cəzaçəkmə müəssisələrinə daxil olmuş şəxslər vaksinasiyadan 100 faiz keçməlidir”.
Ə.Nuriyevin sözlərinə görə, cəzaçəkmə müəsisələrində koronavirusa yoluxma və ölüm halı mülki həyatdankından dəfələrlə aşağıdır:
“Cəzaçəkmə müəssisələrində sərt bir rejim müəyyənləşdirilib. Hər gün həkim müayinəsindən keçirlər. Cəzaçəkmə müəssisəsində ayrıca bir korpus ayrılıb ki, koronavirus xəstələrinin müalicəsi orada getsin. Nəzərə almaq lazımdır ki, tədricxanalara hər gün yeni şəxslər daxil olur. Artıq COVİD pasportlarının məcburililik prinsipi də ortaya çıxıb. Bu baxımdan cəzaçəkmə müəssisələrində nəzarətçilər tam olaraq vaksinasiyadan keçib. Amam bu o demək deyil ki, təcridxanaya daxil olanların hamısı vaksinasiyadan keçib. Onlarla bağlı sonradan bu tədbirlər həyata keçirilir.
Bu gün cəzaçəkmə müəssisələri ilə mülki həyatdakı vəziyyəti müqayisə etsək görərik ki, mülki həyatda 100 və ya 1000 nəfərə düşən ölüm sayı cəzaçəkə müəssisələrindən 5-10 dəfə çoxdur”.
Əliməmməd Nuriyev qeyd edib ki, həbsdə olan şəxslərin azadlığa buraxılması məsələsində azalmalar müşahidə edilsə də, proses davam etməkdədir:
“Şəxsin azadlığa buraxılması məsələsində azalmalar var. Əvvəllər cinayət etmiş şəxslərin 70-75 faiz azadlıqdan məhrum edilmə cəzası olurdusa, indi vətəndaşların 60 faizi barəsində həm həbs qətimkan tədbiri, həm də azdlıqdan məhrum etmə tətbiq olunur. Cəza növü də, eyni zamnda qətimkan tədbiri də dəyişdirilə bilər. Azalmağa doğru gedir.
Ölkə başçısı 2020-ci ilin aprel ayında yaşı 65-dən yuxarı xroniki xəstəliyi olan şəxslərin müraciətləri əsasında böyük əksəriyyətini əfv etdi. Humanizm hər dəfə tətbiq edilir və tətbiq edilmə imkanları da var. Bu proses davam etməkdədir”.
Nəzrin Vahid
Telegram kanalımız