Los-Ancelesdən Nyu-Yorka uçan "Delta Airlines" təyyarəsi pilot kabinəsində yanma qoxusu səbəbindən Albukerkedə təcili eniş edib.
"Yeni Sabah" xəbər verir ki, "Boeing 767" təyyarəsinin göyərtəsində məşhur aktyorlar Endryu Qarfild, Ouen Tile və Nik Robinson, eləcə də "Sevgi adası" müsabiqəsinin iştirakçısı Dilan Vrona və müğənni Mark Ambor olub.
"Delta Airlines" aviaşirkəti bildirib ki, istiqamət dəyişikliyinə "tüstülü qoxu" səbəb olub. Təyyarə Albukerke Beynəlxalq Sanportuna təhlükəsiz şəkildə eniş edib. Dominos pizza
Şirkət sərnişinlərdən üzr istəyib və onların Nyu-Yorka uçuşunu tez bir zamanda təşkil edəcəyinə söz verib. Sərnişinlərdən və ya heyət üzvlərindən heç biri xəsarət almayıb./Sfera.az
Telegram kanalımız