Mətanət Əsədova qadınlara məsləhət verdi: “Bacarmıram, bilmirəm, deyin”

saytların hazırlanması

Evə çatdırılma

Mətanət Əsədova qadınlara məsləhət verdi: “Bacarmıram, bilmirəm, deyin”

Şou

22 Avqust 2026 13:48 68


Mətanət Əsədova qadın və kişi münasibətləri ilə bağlı fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, müğənni “İki üz” proqramında güclü və bacarıqlı qadınları kişilərin hər zaman layiqincə qiymətləndirmədiyini deyib.

M.Əsədova bu fikrini şəxsi həyatından nümunə gətirərək izah edib: Pepperoni pizza

“Heç bir kişi güclü qadını sevmir. Öz həyatımdan deyirəm. Ağıllı, güclü, hər şeyin öhdəsindən gələn qadını sevmirlər. Kişi diqqətsiz, heç nəyi bilməyən qadınları sevir. Deyirlər ki, ‘uşaqdır, öyrənəcək, bacarmır, adam çağıraq etsin’. Axı qarşında hər şeyi bilən var idi, niyə qədrini bilmədin?”

Müğənni qadınlara da maraqlı tövsiyə verib:

“Ona görə də deyin: "Bacarmıram, bilmirəm". Bilsəniz də etməyin”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!