Ekspres avtobuslar bu nöqtələrdən hərəkət edəcək -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ekspres avtobuslar bu nöqtələrdən hərəkət edəcək - FOTOLAR

Sosial

13 Avqust 2026 15:14 37


AYNA metronun xətlərinin ayrılması ilə əlaqədar ictimai nəqliyyatda tətbiq olunacaq dəyişiklikləri açıqlayıb.

Yeni Sabah xəbər verir ki, “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq. Sərnişinlərin daşınmasının təmin edilməsi məqsədilə avqustun 14-dən 6 yeni ekspres marşrut fəaliyyətə başlayacaq.

Bununla yanaşı, 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılacaq. Söhbət 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlardan gedir. Marqarita pizza

AYNA-nın məlumatına görə, “28 May” NMM-ə daxil olan 32, 49, 120E və 125 nömrəli marşrutların son dayanacaq məntəqələri də dəyişdirilib. Bu marşrutların son dayanacaqları Səməd Vurğun bağının ətrafında təşkil olunub.

32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində yerləşəcək.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!