Metroda yeni   GEDİŞ HAQQI

saytların hazırlanması

Evə çatdırılma

Metroda yeni GEDİŞ HAQQI

Sosial

10 Yanvar 2026 14:53 35520


2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gediş haqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək. Bu barədə "Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib.

Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir: “Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".

Bəs metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq? Dördpendirli pizza

"Yeni Sabah" xəbər verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tariflərin differensiallaşdırılması bir çox ölkələrdə, xüsusilə Avropada uzun illərdir tətbiq olunur:

“Bu modelə əsasən sərnişin neçə stansiya və ya neçə kilometr yol qət edirsə, ödəniş də buna uyğun hesablanır. Ən çox istifadə olunan yanaşmalardan biri pilləli tarif sistemidir. Qısa məsafə qət edən sərnişin minimal ödəniş edir, məsələn 2–3 stansiya üçün daha aşağı tarif tətbiq olunur. Məsafə uzandıqca gediş haqqı da tədricən artır. Bu zaman mərkəzi ərazilərdə hərəkət edən sərnişinlə daha uzaq məsafəyə gedən sərnişinin ödədiyi məbləğ arasında fərq yaranır. Adətən mərkəzdə yaşayanlar şəhərin kənar ərazilərində yaşayanlarla müqayisədə daha az ödəniş edirlər. Lakin burada düzgün planlaşdırma aparılmalıdır ki, sosial balans pozulmasın və müəyyən narazılıqlar yaranmasın”.

Ekspert onu da qeyd edib ki, alternativ olaraq zona üzrə tarif modeli də tətbiq edilə bilər:

“Məsələn, Bakı Metropoliteni yaxın, orta və uzaq zonalara bölünə bilər. Mərkəzi zonalarda qiymətlər daha ucuz, uzaq zonalarda isə fərqli ola bilər. Texniki baxımdan ən vacib məqam hesablamanın necə aparılacağıdır. Sərnişin metroya daxil olarkən kartını oxudur, çıxışda da yenidən oxudur. Sistem avtomatik olaraq neçə stansiya keçdiyini və ya hansı zonalardan istifadə etdiyini müəyyən edir və müvafiq məbləği kart balansından çıxır. Sərnişin seqmentləri də nəzərə alına bilər. Tələbələr, pensiyaçılar və digər həssas qruplar üçün xüsusi güzəştlər tətbiq oluna bilər. Eyni zamanda gündəlik və intensiv istifadə edən sərnişinlər üçün endirimli və ya sabit paketlər təklif etmək mümkündür. Bu sistemin əsas üstünlüyü ədalətli tarif prinsipinə əsaslanmasıdır: az yol gedən az, çox yol gedən isə daha çox ödəyir. Bu yanaşma metronun real xərclərinin daha dəqiq hesablanmasına, uzaq xətlərin maliyyə yükünün balanslaşdırılmasına və daha müasir, çevik tarif siyasətinin formalaşmasına imkan verər. Mexanizmin bu il ərzində hazırlanması mümkündür. Lakin bütün hallarda sosial tarazlığı qoruyan mexanizmlər mütləq şəkildə nəzərə alınmalıdır”.

Dünya ölkələrində metro və ümumilikdə ictimai nəqliyyatda gedişhaqqının hesablanması şəhərin ölçüsünə, nəqliyyat şəbəkəsinin quruluşuna və sosial siyasətə uyğun olaraq fərqli modellərlə tənzimlənir. İnkişaf etmiş ölkələrdə əsas məqsəd həm ədalətli ödəniş mexanizmi yaratmaq, həm də sosial balansı qorumaqdır.

Bir çox ölkələrdə gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə əsaslanır. Bu model xüsusilə Yaponiya, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə tətbiq olunur. Sərnişin metroya daxil olarkən və çıxarkən kartını oxudur, sistem avtomatik olaraq neçə kilometr və ya neçə stansiya yol getdiyini hesablayır və ödənişi buna uyğun çıxır. Bu yanaşma “az gedən az, çox gedən çox ödəsin” prinsipinə əsaslanır.

Avropa ölkələrinin əksəriyyətində isə zona üzrə tarif modeli geniş yayılıb. London, Paris, Berlin kimi şəhərlərdə metro şəbəkəsi bir neçə zonaya bölünür. Sərnişinin keçdiyi zonaların sayına görə gedişhaqqı müəyyən edilir. Adətən mərkəzi zonalarda qiymətlər daha ucuz, şəhərin kənar ərazilərinə doğru isə daha yüksək olur. Bu sistem həm şəhərdaxili hərəkəti tənzimləyir, həm də uzun məsafəli xətlərin maliyyə yükünü balanslaşdırmağa imkan verir.

Bəzi ölkələrdə vahid tarif modeli saxlanılır. Məsələn, Moskva və İstanbul metrosunda sərnişin hansı məsafəni qət etməsindən asılı olmayaraq eyni məbləği ödəyir. Bu model sadə və rahat olsa da, qısa məsafə gedən sərnişinlər üçün həmişə ədalətli hesab edilmir.

Digər geniş yayılmış yanaşmalardan biri zaman əsaslı tarif sistemidir. Bu halda sərnişin müəyyən vaxt intervalı üçün bilet alır və həmin müddət ərzində istənilən sayda ictimai nəqliyyat vasitəsindən istifadə edə bilir. Bu model Praqa, Roma və Barselona kimi şəhərlərdə tətbiq olunur və xüsusilə tez-tez nəqliyyatdan istifadə edənlər üçün sərfəlidir.

Bütün bu modellərlə yanaşı, əksər ölkələrdə tələbələr, pensiyaçılar, əlillər və digər həssas qruplar üçün endirimlər, aylıq və illik abonementlər tətbiq olunur. Yəni, dünya təcrübəsi göstərir ki, tarif sistemi təkcə iqtisadi deyil, eyni zamanda sosial amillər nəzərə alınmaqla formalaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rasim
    Butun bu tedbirlerin bir meqsedi var. Oda qiymet qaldirmaq.
    4 months ago
  • Xedi
    Hec olmasa bir cox avropa olkesi sozunu cixardin lugetinizden da. 70 kg soz yazmisiz vallah izahda ede bilmirsiz
    4 months ago
  • Bextiyar
    Basligi ile mezmunu hec uygun gelmir ..bos bos yazmaqla ne qazanirsiniz bilmirem..Yazmisiniz ki yeni gedis haqqi bir kelme ile ne olacaq onu yazin..bos bos dastan neye yazirsiniz ?? Indi qiymet nece olacaq ?? Bir sey ki analitik qiymetlendirme davam etdirilirse..
    4 months ago
  • Murad
    Salam menim adim murad men evel metroda isdemisem 5 ci derece metroya sifi yaziram sifime baxan yoxdu metroya qayıt ax isdiyirem men komek eden xaliqim nan komek isdiyirem meni gorub uzunizi cevirmiyin mende bu vetenin eviladiyam mesajima baxin
    4 months ago
  • Şərif
    ayının min oyunu varsa,o da bir armudun başındadı. Yəni qısası həmişəki kimi hərlədib fırladıb allah bəlalarını vermişlər kasıbın cibindəki kəfən puluna göz dikirlər, allah kəfənləri niyə bunlara qismət eləmir görəsən? Allahın bu ədalətsizliklərdən xəbəri yoxdurmu görəsən? Yoxsa allahı da qorxu, təzyiq altında saxlaya bilirlər??
    4 months ago
  • Naməddin
    Hər şey aydındır - minimal gediş haqqı 60 qəp. olacaq!
    4 months ago
  • hafiz
    sosial balans dedikde .metronun 90 faizi sosial maddi veziyyeti az olan wexslerdi . sosial valans dedikde siz neyi nezerde tutursuz? ekser az teminai vetendawlar weher kenarinda yawayir . bele cixir ki , yukde ele onlarin uzerine duzecek ? nawqa devletlerden , avropadan numune getirmek absurtdu .avropada maaw ve muavinatlarin yeterliyi imkan verir o sisteministifade etmeye bizde ise awagi gelilinadam ucun o sustem artiq xerc demek olacaq ..zaten sosial maddi veziyyeti yaxwinolan vetendawlar coxdan beri wexsi aftomobi ile gedib gelir .
    4 months ago