Meymunçiçəyi pandemiyaya çevrilə bilərmi? -   “Təkrar yoluxma o halda mümkündür ki...“

saytların hazırlanması

Evə çatdırılma

Meymunçiçəyi pandemiyaya çevrilə bilərmi? - “Təkrar yoluxma o halda mümkündür ki...“

Sosial

07 İyul 2022 17:46 990


“Meymunçiçəyi koronovirusla müqayisə olunacaq virus deyil”.

Bunu Yenisabah.az-a açıqlamasında infeksionist Nazxanım Qasımova bildirib.

O qeyd edib:  Sezar pizza

“Meymunçiçəyi suçiçəyinə bənzər virusdur. Hər ikisinin əlamətləri demək olar ki, eynidir. Hətta ölümcüllüyü azdır”. 

Həkim-infeksionist xəstəliyin yayılma yollarından danışıb:

“Meymunçiçəyinin yayılma yolları bir qədər fərqli və sayca çoxdur. Xəstəylə birbaşa kontakt, xəstənin dərisindəki qızartılara toxunma, onun istifadə etdiyi əşyalardan yararlanma, bu virusa yoluxan ev heyvanları ilə təmasla yoluxurlar. Əsas yoluxma yollarından biri qida vasitəsilədir. Yəni meymunçiçəyinə yoluxmuş heyvanın ətini yedikdə, bu hal baş verə bilər”.

N. Qasımova bildirib ki, təhlükə baxımından meymunçiçəyi COVID-19-la müqayisə olunacaq virus deyil:

“Meymunçiçəyinin yayılma yolları çox olsa da, yayılma sürəti koronovirus qədər deyil. Ona  görə də meymunçiçəyinin pandemiyaya çevrilməsi ehtimalı əslində, çox aşağıdır”.

İnfeksionist onu da əlavə edib ki, sağalan xəstədədə virusun yenidən aktivləşməsi iddiaları doğru deyil:

“Koronovirusun təkrar aktivləşməsi mümkün olmadığı kimi, meymunçiçəyi də yenidən aktivləşmir. Təkrar yoluxma o halda ola bilər ki, virusdan sağalan xəstədə immunitet yaranmasın. 

Meymunçiçəyi xəstəliyi nəticəsində yaranan səpkilərin sağalması prosesinə gəldikdə isə, bu insanın dəri tipindən və xəstəlik zamanı gigiyenik qulluğundan asılıdır. Xəstə düzgün sistematik bir müalicə alırsa, səpkilərin yeri qalmır”.

İmamət İsmayılova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!