“Meyxana kimi təhqir, söyüş...” – Ekspertdən sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Meyxana kimi təhqir, söyüş...” – Ekspertdən sərt sözlər

Sosial

10 Noyabr 2022 10:55 1802


“İstənilən, hətta ən səviyyəli, mədəni, intellektli, istedadlı adamı salın səviyyəsiz, düşük mühitin içərisinə, mühit onu əridib öz gününə salacaq. Çünki, mühit fərdi mənimsəyir, fərd mühiti yox”.

“Yeni Sabah” xəbər verir ki, bunu kriminalist, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib. 

Onun sözlərinə görə, təəccüblü deyil ki, "Meyxana" kimi təhqir, söyüş, alçaltma və vulqar, əxlaq əyintili yönlü janrın mühitindəki mədəni, istedad qabiliyyətli meyxanaçı söyüş üstə, digər bir meyxanaçının "türemşik" qohumunu bıçaqlayıb öldürsün: Toyuqlu pizza

“Bunu mühitdir tələb edən ki, insan bu səviyyəyə ensin. 

Cəmiyyətimizə ziyanlı fəsadları haqqında xeyli vaxtdır ki təhlilli yazdığımız "Meyxana" və onun pozucu janrının TV və digər media növlərində təbliğinə əsla, yol verilməməsini vacib bilmişik.

"Meyxana" xeyirli, xeyirxah bir iş olsaydı, bizim Azərbaycan cəmiyyəti və xalqının deqradasiya və buradan, milli deformasiyasına çalışan İran rejiminin ideoloji mərkəzi meyxananı mərsiyə, dini xurafat, fanatizm, radikal ekstremizm, patı narkotiki kimi ictimai diversiya silahları vasitəsi tərkibində ölkəmizdə yayılmasında çalışmazdı. Bu sahə içindəki agenturasını şaxələndirməzdi. 

Təəssüflər olsun belə nəticəyə. Amma meyxanaçı Rəşad Dağlının bu əməli qanunla cəzalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!