Məzunlar “Son zəng”də qəzaya düşdülər

Məzunlar “Son zəng”də qəzaya düşdülər
İyun 14, 2019
Oxunma sayı: 151

Lənkəran rayonunda "Son zəng"i qeyd edən məzunlar qəzaya düşüb.

Hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzaya səbəb taksi sürücüsünün nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər etməsi olub. Nəticədə M.F.Axundov küçəsi, ev 13 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı avtomobildə daha üç məktəblinin olduğu, ancaq onların xəstəxanaya müraciət etmədiyi bildirilir.

A.Həsənzadənin 5 saylı tam orta məktəbin məzunu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Report