“MİDA“ Cəbrayılda yeni çoxmənzilli bina tikdirəcək

saytların hazırlanması

Evə çatdırılma

“MİDA“ Cəbrayılda yeni çoxmənzilli bina tikdirəcək

Sosial

20 Fevral 2023 12:15 697


Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus "MİDA" MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 2 lotdan ibarət açıq tender elan edib. 

“Report” xəbər verir ki, hər lotda iştirak haqqı 1 200 manat təşkil edir. 

İddiaçılar ilkin sənədləri aprelin 3-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 13-ü, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.  Dominos pizza

Təkliflərə aprelin 14-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!