“Mikro rayon” başlayır

saytların hazırlanması

Evə çatdırılma

“Mikro rayon” başlayır

Şou

11 Mart 2026 14:39 434


Kinoprodüser və aktrisa Sevinc Əliyeva yeni layihəsini təqdim etməyə hazırlaşır.

"Yeni Sabah" Olay-a istinadla xəbər verir ki, “Vətəndaş A” serialı böyük səs-küy gətirən sənətçinin şirkəti “SFN Production” İctimai Televiziya ilə yenidən əməkdaşlıq edib. Onlar bu dəfə “Mikro rayon” serialını tamaşaçılara təqdim edəcək.

Layihədə illər sonra ekranlara dönən Əməkdar artist Məsmə Aslanqızı baş rollardan birini canlandırır. Serialda eyni zamanda Orxan İskəndərli, Elşən Əskərov, Eltəkin Xan, Nurlan Rüstəmov, Vüsalə Ağayeva, Ülvi Həşim rol alır. Pepperoni pizza

Bundan başqa, Əməkdar artist Şövqi Hüseynov, Elşən Rüstəmov, aktyorlar Abbas Qəhrəman, Niyaz İlyasoğlu, aktrisalar Zemfira Əbdülsəmədova, Zülfiyyə Qurbanova, Şəlalə Şahvələdqızı və başqaları çəkilib.

Serialın rejissoru Qulu Əsgərov, ideya müəllifi Sevinc Əliyeva, ssenari müəllifi Gəray Həsəndir.

Çəkilişləri Sumqayıtda baş tutan ekran işi 12 bölümdən ibarətdir. Tezliklə İTV-də yayımına başlanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!