Milli Məclisin iclası başladı

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisin iclası başladı

Siyasət

13 Fevral 2026 11:03 421


Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

"Yeni Sabah" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır: Toyuqlu pizza

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi.

2. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

3. Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

4. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (ikinci oxunuş).

6. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (ikinci oxunuş).

7. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (birinci oxunuş).

8. Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

9. Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

10. “İnvestisiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!