Mərkəzi Bankın (AMB) statistikasına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə icra olunan tranzaksiyaların ümumi dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.7% artaraq 641.4 milyard manata, əməliyyatların sayı isə 28.4% artımla 116.2 milyona çatıb.
“Yeni Sabah” xəbər verir ki, ilin ilk 7 ayında AZİPS vasitəsilə 1.368 milyon əməliyyat üzrə 606 milyard manat, XÖHKS vasitəsilə 57.63 milyon əməliyyat üzrə 30.026 milyard manat, AÖS ilə isə 57.28 milyon əməliyyat üzrə 5.387 milyard manat həcmində ödəniş reallaşdırılıb.
Telegram kanalımız