Mingəçevir məktəbində şagirdlərin qumar oynaması aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevir məktəbində şagirdlərin qumar oynaması aşkarlandı

Sosial

25 Aprel 2023 16:10 678


Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib.

O deyib ki, şəhər ərazisində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb: Pepperoni pizza

"Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb".

DİN rəsmisinin sözlərinə görə, valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!