Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyiinin mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “Dodge” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini A.Abdullayevi vurub. Qəza nəticəsində piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır. Dominos pizza
Telegram kanalımız