Minlərlə argentinalı Messiyə görə küçələrə axışdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Minlərlə argentinalı Messiyə görə küçələrə axışdı - VİDEO

İdman

07 Oktyabr 2026 08:52 119


Argentina Lionel Messinin yığma komandadakı vida matçında Benin seçməsini 3:0 hesabı ilə məğlub edib.

"Yeni Sabah" xəbər verir ki, Buenos-Ayresdəki "Monumental Antonio Vespussi Liberti" stadionunda keçirilən qarşılaşmadan əvvəl tribunaya Messinin 10 nömrəli formasının və "GRACIAS" yazısının əks olunduğu nəhəng banner açılıb.

Əfsanəvi hücumçu Argentina millisində ilk oyununu 2005-ci ilin avqustunda Macarıstana qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) keçirib. Messi yığmanın heyətində ümumən 208 matçda 126 qol vurub və 69 məhsuldar ötürmə edib. Dominos pizza

O, Argentina ilə 2022-ci ildə dünya çempionu olub, 2 dəfə Amerika Kubokunu (2021, 2024) və 2022-ci ildə Finalissimani qazanıb.

Messi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisində çıxışını başa çatdıracağını bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!