Miri Yusifin xanımı ailə sirrini açdı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Miri Yusifin xanımı ailə sirrini açdı - FOTOLAR

Şou

11 Sentyabr 2026 14:24 134


Xalq artisti Miri Yusif ailəsi ilə birlikdə kamera qarşısına keçib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi həyat yoldaşı Nərgiz, oğulları Mir Hüseyn və Cahid, qızı Adel ilə fotosessiyada iştirak edib.

Ailə fotolarını Nərgiz sosial media hesabında paylaşıb. O, paylaşımında çəkiliş zamanı ailə daxilində yaşanan kiçik fikir ayrılıqlarından da danışıb. Dominos pizza

“Bu fotolara baxanda hər şey çox sakit və harmonik görünür. Amma etiraf edim ki, elə bu çəkiliş zamanı belə bir neçə dəfə mübahisə etməyə, bir-birimizdən inciməyə də macal tapdıq. Ailə həmişə ideal kadrlar demək deyil. Bəzən mübahisə edirik, bəzən inciyirik, bəzən bir-birimizi anlamaq üçün zamana ehtiyacımız olur. Əsas odur ki, bütün bunların sonunda yenə bir-birimizi eşidə, anlaya və sevgiyə qayıda bilək. Nə olursa-olsun, mənim üçün həyatda ən dəyərli olan ailəmdir. Hər halınızla sizi çox sevirəm, dəli ailəm”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!