Türkiyə kəşfiyyatı MİT "Mossad"ın İstanbulda fəaliyyət göstərən beynəlxalq casus şəbəkəsini darmadağın etdiyini açıqlayıb.
Yenisabah.az "Sabah"a istinadla xəbər verir ki, şəbəkədə ümumən 9 qrup şəklində 56 nəfər casus məlumatları toplamaqla məşğul olub.
Onlar qurbanlarının mobil telefonlarını sındırmaq və s. üçün saxta saytlardan istifadə edirdilər. pizza sifarişi
Bu şəbəkə Türkiyədən başqa, Livanda və digər ölkələrdə fəaliyyət göstərib. Xüsusən, "Hizbullah"ın yüksək rütbəli kadrlarına qarşı casusluq edilib. Şəbəkəsinin digər qrupu İordaniyada fəaliyət göstərib.
Casusların əksəri fələstinli, livanlı və suriyalıdır. Lakin qrupda Türkiyə vətəndaşları da var. Onların hamısı Serbiya, BƏƏ və Tailanda təlim keçiblər.
Şəbəkəni Tel-Əvivdən olan 24 yaşlı bir gənc idarə edib.
Telegram kanalımız