Modeli döyən işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Modeli döyən işdən çıxarıldı

Şou

01 İyun 2023 12:06 3039


"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə bloqer Aysel Şükür paylaşım edib.

“Softline İnternational” MMC və “Softline Trade” MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib. pizza mizza

Hazırda Ziya Hüseynzadənin “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.

Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!