“Avropa İttifaqı ölkələrinin Xarici İşlər Nazirləri Şurası Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayrılması qərarını təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku keçirdiyi mətbuat konfransında deyib.
“Avropa Sülh Fondundan Moldovaya 40 milyon avro yardım göstəriləcək. İttifaqın davamlı dəstəyinə görə minnətdarlığımı bildirdim və ölkənin Avropa Birliyinə daxil olması üçün eyni əzmlə işləməyə davam edəcəyimizi vurğuladım”, - Popesku deyib. Toyuqlu pizza
Qeyd edək ki, Moldova artıq ötən il Avropa Sülh Fondundan ölkənin silahlı qüvvələrinə və təhlükəsizlik qüvvələrinə dəstək üçün 40 milyon avroya yaxın vəsait alıb.
Vəsaitlərin bir hissəsi haker hücumlarından qorunmaq üçün hərbi maşınların, mühəndis avadanlıqlarının, rabitə vasitələrinin və proqram təminatının alınması üçün nəzərdə tutulub.
Telegram kanalımız