Azərbaycanda moped idarə etmək üçün yeni qaydalar tətbiq olunacaq.
“Yeni Sabah” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Dəyişikliyə əsasən, 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bundan başqa, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. pizza sifarişi
Digər dəyişikliklə, motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.
Telegram kanalımız