Moskva-Astana-Daşkənd - Putin yeni ittifaq yaradır

Moskva-Astana-Daşkənd - Putin yeni ittifaq yaradır

Dünya

29 Noyabr 2022 11:23 575


"Qazaxıstan Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyası, Qazaxıstan və Özbəkistanın, bir növ, üçtərəfli ittifaq yaratmaq, o cümlədən qaz sahəsindəki problemləri həll etmək təklifini dəstəkləyir".

Yenisabah.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Bəli, əlavə koordinasiya və hətta danışıqlar tələb edən məsələlər var. Xüsusilə, söhbət qaz sektorundan gedir. Ancaq burada heç bir sualı dramatikləşdirmirik. Mən indicə Vladimir Vladimiroviçə dedim ki, belə məsələlər var, müzakirə tələb olunur, amma heç bir dramatikləşdirmə olmadan. Bunlar gündəlik məsələlərdir”, - deyə Tokayev Moskvada Rusiya-Qazaxıstan yüksək səviyyəli danışıqlardan sonra Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə bildirib.

Qazaxıstan prezidenti tərəflərin müvafiq razılaşmalar əldə edəcəyinə əmin olduğunu bildirib:

“Bu gün Vladimir Vladimiroviç dedi ki, biz hansısa üçtərəfli ittifaq yaratmalıyıq və o, Özbəkistan prezidenti Şövkət Mirziyoyev zəng vurmağa hazırlaşır. İstənilən nəticəyə və razılaşmalara gəlmək üçün hər halda, mən də bu mövzunu dərinləşdirməliyik. Prinsipcə, biz buna hazırıq. Niyə də olmasın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!