Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi

saytların hazırlanması

Evə çatdırılma

Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi

Dünya

08 Sentyabr 2026 23:30 86


Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 000 rubl (79 manatı) dövlət rüsumu ödəyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Vəsait təşkilatın sənətçiyə qarşı iddia qaldırmasından iki ay sonra köçürülüb. Marqarita pizza

Xatərladaq ki, Nəvai mayın 5-də Zubovski bulvarında dövlət nömrə nişanı olmayan qara "Ferrari" ilə qəzaya düşüb. İdman avtomobili yoldan çıxaraq işıqforu aşırıb.

Reper özü isə avtomobili cəmi 60-65 km/saat sürətlə idarə etdiyini, maşının "pis idman təkərlərinə" görə fırlandığını bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!