“Müctəba Xamenei yoxa çıxıb” - Rza Pəhləvi

saytların hazırlanması

Evə çatdırılma

“Müctəba Xamenei yoxa çıxıb” - Rza Pəhləvi

Dünya

20 Sentyabr 2026 18:40 121


İranın sonuncu şahının oğlu Rza Pəhləvi Müctəba Xameneinin yoxa çıxdığını və sağ olduğu təqdirdə gizləndiyini iddia edib.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə yaydığı açıqlamada danışıb.

“Müctəba yoxa çıxıb. Əgər hələ də sağdırsa, danışmağa belə qorxaraq hansısa zirzəminin qaranlığında gizlənir. Düşmən daxildən çürüyür və boşalır. Biz isə əvvəlkindən daha qətiyyətli və daha yaxşı təşkilatlanmışıq”, – Pəhləvi bildirib. Dominos pizza

O, tərəfdarlarını İranda hakimiyyət dəyişikliyinin yaxın olduğuna inanmağa çağırıb:

“Azadlığın şəfəqinin yaxın olduğuna inanın. Bu gün İslam Respublikası əvvəlkindən daha zəif, tükənmiş və daxilən boşalmış vəziyyətdədir”.

Rza Pəhləvi İran hakimiyyətinə qarşı mübarizədə xarici dövlətlərlə əməkdaşlıq edəcəklərini də açıqlayıb:

“Bu yolda tək deyilik. Ölkəmizi xilas etmək, İranı və İran xalqını bu düşmənin hakimiyyətindən azad etmək üçün dünyanın digər dövlətləri ilə əməkdaşlıq edəcəyik”./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!