Müdafiə naziri: Moskva Tehranı dəstəkləməyə davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə naziri: Moskva Tehranı dəstəkləməyə davam edəcək

Dünya

28 Aprel 2026 13:16 103


Rusiyanın müdafiə naziri Andrey Belousov İran müdafiə nazirinin strateji planlaşdırma üzrə müavini briqada generalı Rza Təlainik ilə danışıqlar aparıb.

"Yeni Sabah" Fars-a istinadla xəbər verir ki, görüş Qırğızıstan paytaxtı Bişkek şəhərində baş tutub.

Rusiya müdafiə naziri ölkənin İran münaqişəsinin yalnız diplomatik yolla həllinə tərəfdar olduğunu vurğulayıb:

"Biz İranın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Qardaş İran xalqına və onun silahlı qüvvələrinə ölkənin üzləşdiyi bütün təhdidlərin öhdəsindən gəlməkdə dözüm və cəsarət arzulayıram".

Belousov əlavə edib ki, Moskva vəziyyətin həlli üçün hər cür kömək göstərməyə hazırdır və Tehranı dəstəkləməyə davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!