Müharibədə 11 mindən çox erməni yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Müharibədə 11 mindən çox erməni yaralanıb

Hadisə

28 Mart 2021 16:43 757


2020-ci ilin sentyabr-noyabr aylarında İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda yaralı və xəstə sayı 11 min nəfər olub.

“Yeni Sabah” xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyi hərbi tibb şöbəsinin rəis müavini, polkovnik Qeqam Paşikyan deyib.

Onun sözlərinə görə, yaralıların 55% -nin xəsarətləri yüngül, 36% -də orta dərəcəli olub. 2%-i həddindən artıq ağır, 7% -i isə ağır yaralanıb.

Döyüş əməliyyatları zamanı yaralıların və xəstələrin təxliyəsi üçün 440 helikopter uçuşu həyata keçirilib, 5000-dən çox cərrahi müdaxilə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!