Mülkünü satıb Orduya dəstək oldu
01 Okt 2020 17:56
2412

Mülkünü satıb Orduya dəstək oldu

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Qarabağda uğurlu əks-hücum əməliyyatına başlaması Ermənistanda təşvişə səbəb olub.

Yenisabah.az xəbər verir ki, Ermənistanın siyasi hakimiyyətinin həm orduda, həm də bütövlükdə ölkədə ruh yüksəkliyini artırmağa yönəlik addımları gözlənilən nəticəni vermir.

Ermənistandan fərqli olaraq Azərbaycanda isə tamamilə başqa atmosfer hökm sürür. Xalq böyük ruh yüksəkliyi ilə işğal altında olan əraziləri azad etmək üçün ayaqdadır. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun torpaqları işğaldan azad etmək iqtidarında olduğunu və buna görə hələlik könüllü dəstələrə ehtiyac olmadığını bəyan etsə də, minlərlə gənc döyüşə getmək üçün hərbi komissarlıqlara müraciət edir.

Bununla yanaşı, xalq bütün gücü ilə orduya dəstək olur. Vətəndaşlar könüllü şəkildər öz vəsaitləri hesabına cəbhə bölgəsində olan əsgərlərə sovqat göndərir.  Hətta elə vətəndaşlarımız var ki, əmlakını sataraq orduya dəstək olur.

Onlardan biri də Bibiheybət sakini, fərdi sahibkar Xanlar Hüseynovdur. Redaksiyamıza daxil olan məlumata görə, o, Bilgəhdə yerləşən bağ sahəsini sataraq əldə etdiyi vəsaitdən 50 000 manat Müdafiə Nazirliyinin hesabına köçürüb.

Beləliklə, Ermənistadan fərqli olaraq Azərbaycanda ordu-xalq birliyi var və bu birlik heç şübhəsiz gözlənilən böyük qələbəni şərtləndirən əsas faktordur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər