Müğənni Murad Arif məktəb attestatlarının elektron formada təqdim olunması ilə bağlı problem yaşadığını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək Elm və Təhsil Nazirliyinə müraciət edib. O bildirib ki, yeni qaydalara əsasən attestat elektron formada, PDF şəklində təqdim olunur, lakin sənədi apostil etdirmək mümkün deyil.
Murad Arif qeyd edib ki, övladının xaricdə təhsil alması üçün sənədlərin rəsmiləşdirilməsi zamanı bu məsələ ciddi çətinlik yaradır: pizza hut
“Bu elektron sənədi heç bir qurum qəbul edib apostil etmir. Uşaq xaricdə təhsil almalıdır, sənədlərin qeydiyyatı üçün isə vaxt gedir. Bu səbəbdən həm vaxt, həm də əsəb itiririk”.
Sənətçi aidiyyəti qurumları problemi həll etməyə çağırıb.
“Əgər yeni üsulla verilən attestatlar tam keçərli deyilsə, ya sistemi hərtərəfli işlək vəziyyətə gətirin, ya da insanlara əlavə çətinlik yaratmayın”, - deyə Murad Arif vurğulayıb.
Aytac Əliyeva
Telegram kanalımız