Murad Dadaşov telekanalların sirrini açdı -   Elə sözlər dedi ki...

saytların hazırlanması

Evə çatdırılma

Murad Dadaşov telekanalların sirrini açdı - Elə sözlər dedi ki...

Şou

30 Oktyabr 2023 12:43 2444


"İndi ifaçılar efirə çıxmaq üçün əksər hallarda bizdən pul tələb edirlər".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, televiziya kanalının əsas gəliri reytinqdəndir: "Mən açıq deyirəm ki, əvvəllər ifaçılar efirə çıxmaq istəyəndə ödəniş təklif edirdilər, ancaq indi ifaçılar əksər hallarda bizdən pul tələb edirlər. Bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu "Xəzər TV"nin 600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, maarifləndirməliyik. Amma tələb olunan, insanların baxmaq istədiyi təəssüf ki, bu deyil. Bəli, deyirəm ki, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram, onlara heç kim baxmayacaq". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!