Müşviqin adından dələduzluq

saytların hazırlanması

Evə çatdırılma

Müşviqin adından dələduzluq

Şou

17 Sentyabr 2025 01:55 344


Aktyor Müşviq Şahverdiyevin adından istifadə edərək süni intellekt texnologiyası vasitəsi ilə dələduzluq etməyə cəhd ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat yayıb. Müşviq vurğulayıb ki, onun simasından və səsindən istifadə edərək insanlara qumar oyunlarını reklam ediblər:

"Dostlar, bu vicdansızlar mənim videomun üstünə süni intellektlə səs yazıb və qumarı reklam ediblər. Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar. Amma bu sahədə olduğum 25 il ərzində qumarın nə reklamında çəkilmişəm, nə də təbliğ etmişəm. Dostlarım, ətrafım bunu yaxşı bilir. Qumar oynayanlara da tövsiyyə etmişəm ki, bununla məşğul olmayın, insanı uçuruma aparır.  pizza mizza

Videonun orijinalı bizə aiddir. Amma orada mən başqa sözlər deyirəm. Burada isə başqa sözlər əlavə edib, sizi aldadırlar. Tövsiyyəm budur ki, bu tip oyunlardan uzaq durun, həmişə uduzacaqsınız"./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!